“28 May” metorsunun qarşısını kimlər “talkuçka”ya çevirir? - FOTO

Paytaxtın əsas küçələrində səyyar satıcıların sayı artıb. Avtosfer.az xəbər verir ki, Bakının mərkəzi, vətəndaşların daha çox istifadə etdiyi, şəhərin ən aktiv hissələrindən biri hesab edilən “28 May” metrosunun qarşısı, daha dəqiq desək Cəfər Cabbarlı heykəlinin metroya baxan tərəfi səyyar satıcıların düşərgəsinə çevrilib.

Bu ərazidə müəyyən günlərdə, xüsusən də Novruz və Yeni il bayramlarında icra hakimiyyətinin icazəsi ilə yarmarkalar təşkil edildiyinin şahidi oluruq və həmin yarmarkalarda satılan aksesuarlar, digər məhsullar bayram günü insanların uzaq ticarət mərkəzlərinə getmədən alış-veriş etmələrinə də kömək edir.
Lakin bu halı adiləşdirmək və onsuz da təmirə bağlandığı üçün daralmış səkidə bir də səyyar satıcıların insanların hərəkətinə mane olmasına heç bir reaksiya bildirməmək, alternativ həll üsullarına çalışmamaq bir müddət sonra ərazidə tamamilə xaos yaranması ilə nəticələnə bilər.
Nəzərə alsaq ki, Bakının Baş planı əsasında Cəfər Cabbarlı heykəli ətrafında yeni park salınacaq, aidiyyatı qurumların məsələni tezliklə nəzarətə götürməsi arzuolunandır.
Səfər Əlizadə
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












