"28 May” stansiyası nə vaxtdan bağlanır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” “28 May” stansiyasının təmir işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandıracağı ilə bağlı məlumat yayıb. Yəni, “Dərnəgül” - “Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək.
Həmçinin “Həzi Aslanov” - “İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq. Buna səbəb isə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşasıdır.
Avtosfer.az xəbər verir ki, rəsmi məlumatın yayılması sosial şəbəkədə böyük müzakirə və narahatlıqlara səbəb olub. İddia olunur ki, təmir işləri təxminən 6 ay sürəcək. Paytaxtın ictimai nəqliyyat yükünün böyük hissəsini təşkil edən Bakı metrosunda aparıcı stansiyalardan birinin uzun müddət işləməməsi isə onsuz da iflic vəziyyətdə olan yerüstü nəqliyyatın tamamilə yararsız hala düşməsi deməkdir. Məsələn, metronun “Əcəmi” stansiyasından “Nərimanov”a getmək istəyən sərnişin bunun üçün “Nizami” stansiyasına getməli, yolunun qalan hissəsini isə bir və ya bir neçə marşrut avtobusu ilə davam etdirməlidir.
Layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların “Dərnəgül” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün “Cəfər Cabbarlı” stansiyasından istifadə etməli olacaqlar. “Həzi Aslanov” - “İçərişəhər” xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq.
Məsələ ilə bağlı daha detallı məlumat almaq üçün “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, təmir işlərinə bu lin son aylarında başlanılacaq:
“28 May” stansiyasından qatarların “Dərnəgül” stansiyası istiqamətində hərəkətinə məhdudiyyət “Cəfər Cabbarlı” –“Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq. Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub.
Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin “28 May” və “Nizami” stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək”.
Qeyd edək ki, metrodan istifadə edən sərnişinlərin sayı il-ildən artır. Belə ki, statistikaya görə, ötən il ərzində 229 584 259 sərnişin yeraltı nəqliyyatdan istifadə edib. Əvvəlki 2 illə müqayisədə sərnişin sayında 2023-cü ilə nisbətən 4.6%, 2022-ci ilə nisbətən 10% artım olub.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












