394 obyekt karantin qaydalarını pozdu

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl olunmasına nəzarət tədbirləri çərçivəsində monitorinq keçirib.
Nazirlikdən verilən məlumata görə, 18-20 sentyabr tarixlərində keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda “Doneritto kafe”də, “Ümid kafe”də, “Green park restoranı”nda, “Turşsu restoranı”nda, Məmməd Məmmədova məxsus “Qarışıq mallar mağazası”nda, Yasamal rayonunda “Əla market”də, “Murad market”də, “NR market”də, “Böyük Firat restoran”da, “Cadda kafe”də, “Meat garden restoranı”nda, Səbail rayonunda “Osmanbəy geyim mağazası”nda, “Fisincan kafe”də, “Kafe park”da, “Qala divarı restoranı”nda, “Elay kafesi”ndə, “Zeytun aptek”də, Nəsimi rayonunda "Killer kişi mağazası”nda, “Hacı Namiq market”də, “İran nemətləri mağazası”nda, “Jalə Plaza”da, “Köz köfte” iaşə obyektində, “Yarpaq restoranı”nda, Xəzər rayonunda “Al market”də, “Al saray qızıl mağazası”nda, “Bağ kafe”də, “Naxçıvan kafesi”ndə, “Qartal market”də, “Şüvəlan pub”da, Binəqədi rayonunda “Səlim market”də, “Kübar restoranı”nda, "Lido restoranı”nda, “Bahar lahmacun”da, “The sun pub”da, Qaradağ rayonunda “Ruslan market”də, “Göyəzən kafe”də, “Ulduz kafesi”ndə, Fikrət Nəsibova məxsus mağazada, “Dokta” MMC-yə məxsus “Aptek”də, Nərimanov rayonunda “Mustafa Tayat” mağazasında, “Ailə market”də, “Glory mebel mağazası”nda, “Okean restoran”da, “Gəncə kafesi”ndə, Sabunçu rayonunda “Oba market”də, “Kafe pub”da, “Aşpaz restoran”da, “Publika pub”da, “Körpülü kafe”də, “Faxralı” iaşə obyektində, Xətai rayonunda “Feelings geyim mağazası”nda, "Bigbeer bar” iaşə obyektində, “Tbilisi ailəvi restoran”da, “Dənizçi kafe”də, “Pətək çayxana”da, Nizami rayonunda “Ayla restoran”da, “Cənub kafesi”ndə, “Xaçapuri garden”də, “Shakh restaurant”da, “Müjdə kafe”də, Sumqayıt şəhərində “Cövhər market”də, “Elit market”də, “İdeal elektrik mağazası”nda, “Muğan kafesi”ndə, “Badəm kafesi”ndə, Abşeron rayonunda “Mağaza Nur city”də, “Qobu restoranı”nda, “NB haus” iaşə obyektində, ümumilikdə, 394 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO










