4 maşından sonra piyadanı öldürən qadın sürücünün məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Usubova Samirə Tofiq qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az "report"a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.
Qeyd edək ki, ölümlə nəticələnən zəncirvari yol qəzası bu il martın 9-da Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində baş verib. Gürcüstan vətəndaşı Samirə Usubovanın idarə etdiyi "Toyota" və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşub. Qəzadan sonra idarəetməni itirən S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus "Hyundai", Kamil Məmmədova məxsus "BMW" və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus "KİA" markalı avtomobillərə çırpıb. Bundan sonra hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub. Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












