44 günlük savaşın əsgərinin övladı ağır durumdadır- Kömək istəyir

7 yaşlı Abbasa təcili ilik köçürülməlidir. Əgər əməliyyat gecikərsə, uşağı həyatda saxlamaq mümkün olmayacaq...
Abbas Cəfərov 22 dekabr 2013-cü ildə Sabirabad rayonunda doğulub. Anası Məryəm Cəfərovanın sözlərinə görə, indiyə qədər səhhətində hansısa problem olmayıb. Yalnız bu ilin oktyabr ayında uşaq sarılıq xəstəliyi keçirib. Bundan sonra isə digər problemlər də baş qaldırıb. Bakıda müxtəlif özəl klinikalarda müalicə alıb. Lakin faydası olmayıb.
Hazırda da Hematologiya və Transfuziologiya İnstitutunda müalicəsini davam etdirir. Abbasa sümük iliyi, biopsiya diaqnozu qoyulub. Həkiminin sözlərinə görə, əməliyyat üçün 36 min dollar pul lazımdır. Ailənin isə buna imkanı çatmadığı üçün müvafiq qurumlarda, imkanlı şəxslərdən yardım istəyirlər.
Onu da qeyd edək ki, Abbasın atası Əbülfəz Cəfərov Lazım oğlu 20 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon şöbəsinə (yaşadığı yer üzrə) müraciət edib. Könüllü kimi sentyabrın 21-də təlimə aparılıb. Döyüşlər başladıqda isə ön cəbhədə xidmətini davam etdirib. Hazırda da xidmətdədir və oğlunun durumundan məlumatlı deyil.
44 günlük Qarabağ savaşının əsgərinin övladının həyatını xilas edək.
Abbasa yardım etmək istəyənlər üçün bank rekivizitləri:
Abbasın ailəsi ilə əlaqə nömrəsi: (+99451) 974 19 89
Yardım etmək istəyənlər üçün uşağın atası Əbülfəz Cəfərovun adına açılan kartın fotosu:

Verilən analizlərin nəticələri ilə bağlı fotonu təqdim edirik:





Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












