49 nömrəli marşrutun avtobuslarında kondisioner işləmir? - AÇIQLAMA - VİDEO

Sərnişinlər 49 nömrəli marşrut xəttində sərnişin avtobusunun sürücüsündən narazılıq edirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, sərnişin iddia edir ki, gediş haqları qaldırılsa da, sərnişin avtobusunda komfort və rahatlıq aşağı səviyyədədir.
Məsələ ilə bağlı sözügedən marşrutun daşıyıcı şirkəti olan "AzlandPlaza"nın rəhbəri Bəhruz Tağıyev Oxu.Az-a açıqlamasında 49 nömrəli marşrutun avtobuslarında kondisioner sistemlərinin nasaz olduğuna dair iddiaları əsassız hesab etdiyini deyib:
"Avtobuslarımız "Avro-5" standartlarına cavab verir. Kondisioner sistemi də işlək vəziyyətdədir. Əgər hər hansı bir nasazlıq olsa, nəqliyyat vasitəsinə dərhal baxış keçirilir və texniki problem aradan qaldırılır. Nəzərə almaq lazımdır ki, havalar həddən artıq isti keçir. Sərnişinlər arasında isə yaşlılar, səhhətində problem olanlar var. Avtobuslar hər 500 metrdən bir qoyulan müvafiq dayanacaqlarda dayanır, qapılar açılır. Elə sərnişin var ki, avtobus çox soyuq olduğu üçün kondisionerin söndürülməsini xahiş edir. Elə sərnişinlər də var, isti üzündən kondisionerin yandırılmasını istəyir.
Sürücü də hər bir halda sərnişinlərin xahişini mümkün qədər nəzərə almağa çalışır. Görüntülərdə pəncərənin açıq olduğu görünür. Bəzən sərnişinlər pəncərəni açır, düşən zaman isə bağlamırlar. Digər sərnişinlər də bunu bağlamaqla məsul deyillər. Sürücü də fiziki olaraq hər sərnişin düşdükdən sonra pəncərələr açıqdır-bağlıdır deyə yoxlaya bilməz. Pəncərələr açıq olduğu zaman kondisionerə də güc düşür, işləsə belə sərnişinlər işləmir deyirlər. Ona görə bəzən bu cür anlaşılmazlıqdan dolayı belə görüntülər ortaya çıxır. İstəsəniz istənilən avtobusumuza minib gün ərzində çəkiliş edib, kondisionerlərdə problem var, yoxsa yox, özünüz də yoxlaya bilərsiniz".
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










