5 ton kartof oğurlayan şəxs tutuldu

Daxili İşlər Nazirliyinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxslərin aşkarlanması üzrə müxtəlif əməliyya tədbirləri həyata keçirib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də rayon ərazisindəki evlərin birindən 15.000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Quliyev və qardaşı saxlanılıb.
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Əyyublu kəndi ərazisində kənd sakini E.Əkbərova məxsus anbardan 2000 manat dəyərində 5 ton kartof oğurlamaqd şübhəli bilinən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Y.Əliyev və Şamaxı rayon sakini R.Mehdiyev tutulub.
NBPİ-nin Gəncə Xətt Polis Şöbəsinə yanvarın 12-də Gəncə dəmir yolu stansiyasının ərazisində 2 nəfərin Gədəbəy rayon sakini Y.Məmmədova zor tətbiq edib mobil telefonunu alması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini F.Cabbarov, Goranboy rayon sakinləri V.Həşimov və K.Qafarov müəyyən edilərək saxlanılıb.
Orxan
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












