50-dən çox yük və sərnişindaşıma avtomobili saxlanılıb - FOTO

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Cəlilabad regional şöbəsinin əməkdaşları Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qanunsuz taksi fəaliyyəti, habelə müvafiq lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olan avtomobillərə qarşı reyd keçirib. "Report" xəbər verir ki, reyd zamanı Xidmət əməkdaşlarının "saxla!" əmrinə tabe olmayan sürücülərlə yanaşı, onlara qarşı deyilən iradları qəbul etməyənlər də olub.
Müvafiq sənədləri və fərqlənmə nişanları olmayan sürücülər saxlanılaraq onlar barəsində inzibati protokol tərtib edilib, avtomobillər isə cərimə meydançalarına aparılıb.
Reyddə daha çox sərnişindaşıma ilə məşğul olan minik və mikroavtobuslarda müvafiq lisenziyanın olmaması faktı aşkar olunub. Daha sonra reyd rayonun Heydər Əliyev prospektində davam etdirilib.
Reyd zamanı 50-dən çox yük və sərnişindaşıma avtomobili saxlanılıb, onlardan 20-nə inzibati protokol tərtib edilib, 5-i isə cərimə meydançasına aparılıb.
Qeyd edək ki, reydlər yaxın vaxtlarda Cənub bölgəsinin digər rayonlarında da davam etdiriləcək.
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB










