50 ilin maşınisti Bakı-Sumqayıt qatarından danışdı

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sumqayıt qatarının Siyəzənə getməsi ilə bağlı xəbərlərə münasibət bildirib. QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Lent.az-a bildirib ki, sərnişinlə dolu qatarın hər hansı səbəbdən Sumqayıta deyil, Siyəzənə getməsi mümkün deyil: “Bunların hamısı uydurmadır, qatarların hərəkətinə ciddi nəzarət edilir, Xüsusi ilə də sərnişin qatarlarının. Bu qatarların hərəkətinə maşinist deyil, xüsusi qurum nəzarət edir və sərnişin qatarının həm arxası, həm də qarşısı boş olmalıdır”.
Məsələ ilə bağlı 50 il dəmiryolçuluq təcrübəsi olan Məhəmməd Məmmədovun da fikirlərini öyrəndik: “Belə bir şey baş verə bilməz. Çünki qatarın hərəkət marşrutu var və bu marşrut təkcə maşinistin yox, xüsusi qurumun da nəzarətindədir. Nə texniki, nə də digər səbəbdən belə bir hadisənin baş verməsi mümkün deyil”.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












