6 mikroavtobus, 1 yük maşını yandırılıb: CİNAYƏT İŞİ BAŞLANIB

Moskvanın cənubunda 6 mikroavtobus və bir yük maşını yandırılıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov məlumat verilib. Oktyabrın 1-nə keçən gecə naməlum şəxslər Dorojnaya küçəsində açıq havada park edilmiş nəqliyyat vasitələrini yandırıblar. Yanğının qarşısı 27 dəqiqə ərzində alınıb. İnsident nəticəsində heç kim xəsarət almayıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 167-ci maddəsi (mülkiyyətin qəsdən məhv edilməsi və xəsarət yetirilməsi) əsasında cinayət işi açılıb. Polis yanğını törədənlərin kimliyini və hadisənin motivlərini araşdırır. Qeyd edək ki, oxşar hadisə 2014-cü ilin noyabrında Moskvadakı dayanacaqlardan birində baş vermişdi. Naməlum şəxslər 12 bahalı avtomobili yandırmışdılar. Dəyən zərərin həcmi isə 100 milyonlarla rubl həcmində qiymətləndirilirdi.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












