“7 rayonla bağlı illüziya olmamalı idi”

“Dağlıq Qarabağın ətrafındakı yeddi rayonun kimə məxsus olmasına dair illüziya olmamalı idi”.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media nümayəndələrinə müsahibəsində bildirib.
“Bir daha qeyd edirəm. Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ömür boyu həmin vəziyyətdə qalacağı ilə bağlı illüziya olmamalı idi, hansı ki, ay yarım və iki ay bundan əvvələ qədər vardı. Məsuliyyətli hakimiyyət əhaliyə izah etməyə borclu idi ki, bu nizamlanmanı hansısa mərhələdə uzun illər masa üstündə olan prinsiplərə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təkliflərinə müvafiq həyata keçirmək lazım gələcək.
O zaman bu münaqişənin qan tökülmədən nizamlanmasına, bu regiondakıların, Qarabağ ermənilərinin və Qarabağda yaşayan digər etnik qrupların təhlükəsizliyinə hansısa zərər vurmadan ideal yol açılardı”, - deyə Lavrov vurğulayıb.
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












