"8 Noyabr" adı hansı metro stansiyasına veriləcək?

Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər günü münasibətilə "8 Noyabr" adlanacaq. Hazırda həmin stansiyada son tamamlanma işləri görülür.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, stansiyanın ətrafında yerləşən yolun tikintisi və istifadəyə verilməsi başa çatdırılıb. "Bənövşəyi xətt"ə mənsub olan, ümumi uzunluğu 167 metr təşkil edən bu metro stansiyada bəzi yeniliklər mövcuddur. Belə ki, sərnişinlər stansiyaya giriş zamanı həm pilləkənlərdən, həm də eskalatordan istifadə edə biləcəklər.
Bu metro stansiyanı fərqləndirən bir cəhət də ondan ibarətdir ki, qatarların hərəkət zamanı bir istiqamətdən digərinə keçə bilməsi üçün keçid olacaq. Bu da qatarların hərəkətində intensivliyin artmasına və qatarların sayının artırılması şərait yaradacaq.
Yeni metro stansiyası 3 səviyyədən ibarətdir, texniki səviyyədə elektrik təchizatı, havalandırma, işarəvermə, rabitə və digər stansiya avadanlıqları yerləşir. Keçid xarakterli bu səviyyədən sərnişinlər eskalator və pilləkənlə vestibülə enəcəklər. Buradan qatarların hərəkət edəcəyi platforma səviyyəsinə pilləkən və eskalatorlarla keçid mümkündür. Ümumiyyətlə stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə paylaşması 17 eskalatorla həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən, Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası Zəfər günü münasibətilə "8 Noyabr" adlandırılıb.
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü










