8 noyabr prospekti ilə bağlı tənqid: işıqfor olsa da, piyadalar keçə bilmir

8 noyabr prospektində aparılan yenidənqurma işləri ilə bağlı bəzi tənqidi fikirlər səsləndirilir.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə prospektin bir hissəsində piyadaların rahatlığının təmin olunmadığı deyilir.
Bildirilir ki, 8 noyabr prospekti və Xəqani Rüstəmov küçəsində yol işıqforla tənzimlənsə də piyada keçidinə yer verilməyib. Yaxınlıqdakı yeraltı piyada keçidindənsə, burada yerüstü piyada keçidinin olmasının daha işlək və rahat ola biləcəyi qeyd olunur.
Eləcə də, yeraltı piyada keçidindəki eskalatordan uşaq və əlil arabası ilə keçidin qadağan olunması tənqid olunur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “Ölkə.az”a açıqlamasında bildirdi ki, Agentlik tərəfindən paytaxtın küçə və prospektlərində müxtəlif infrastruktur layihələri həyata keçirilir. Davamlı xarakter daşıyan bütün layihələrdə hərəkət iştirakçıların təhlükəsizliyi ön planda dayanır:
“Son illər 8 Noyabr prospektinin bir neçə məntəqəsində piyadaların yolu təhlükəsiz keçmələri üçün işıqforlarla nizamlanan keçidlər təşkil olunub. 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində isə yeraltı piyada keçidi olduğundan nizamlanan piyada keçidlərinin təşkili məsələsi nəzərə alınmayıb”.
“Lakin bu əraziyə yaxın məsafədə 4 yerdə işıqforla nizamlanan piyada keçidləri mövcuddur. Ümumilikdə isə yeni layihəyə əsasən, prospektin 9 ünvanında nizamlanan piyada keçidinin yaradılması nəzərdə tutulub”, - deyə qurum nümayəndəsi əlavə edib.
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA












