"85 min dollarımı qaytarmır" - Şərurlu İsfəndiyardan şikayət

"Şərur" MTK-nın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı daha bir şikayət səsləndirilib.
Avtosfer.az "Oxu.az"a istinadən xəbər verir ki, şikayətçi Elnur Bünyadov İsfəndiyar Axundovun ona dəymiş ziyanı ödəmədiyini bildirib.
Şikayətçi fikirlərini belə ifadə edib: "2008-ci ildə Xətai rayonu ərazisində Şərurlu İsfəndiyara məxsus "Azərtikinti ATF" MMC-dən ipoteka ilə iki mənzil almışıq. Mənzillərdən biri ikiotaqlı, digəri üçotaqlı idi. 2008-ci il yanvarın 27-də üçotaqlı mənzili, oktyabrın 26-da isə ikiotaqlı mənzili almışıq. Üçotaqlı mənzilin qiyməti 91 min dollar idi, ona 63 min 500 dollar ödəmişəm. İkiotaqlı mənzilin qiyməti 70 min dollar idi, 22 min dollarını ödəmişəm. Mənzillərdən birini qardaşımın adına yazdırmışıq.
Mənzilləri "Azərtikinti ATF" MMC-nin direktoru Azər Quliyevdən aldıq, amma şirkətin sahibi İsfəndiyar Axundovdur. Biz mənzili alanda binanın iki-üç mərtəbəsi tikilmişdi. Təxminən il yarım sonra anladıq ki, aldadılmışıq. Binada bir müddət tikinti dayandı, ona görə biz ödənişi dayandırdıq. Azər Quliyevi həbs etdilər. Ona 11 il həbs cəzası verdilər.
Sonradan "Azərtikinti ATF" MMC ləğv olundu, yerində "Orxan" MMC yaradıldı. "Orxan" MMC-dən də bizə bildirdilər ki, sizi tanımırıq. Ümumilikdə bizə 85 min 500 dollar zərər dəyib. Şikayətlərimizə baxan yoxdur. Müvafiq qurumlar bizi dinləyirlər, amma heç bir addım atmırlar".
Şikayətçi qeyd edib ki, 3 dəfə İsfəndiyar Axundovun qəbulunda olub: "Pulu geri qaytarmamaq üçün dedi ki, Azər sizə mənzili ucuz qiymətə satıb. Çox baha qiymətə bizə mənzil təklif etdi. Nə bizə dəymiş ziyan ödənildi, nə də mənzillə təmin olunduq".
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










