AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib - FOTO

Türkiyə Respublikasının İstanbul şəhərində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə CAREC proqramı (Central Asia Regional Economic Cooperation - Mərkəzi Asiya regionu iqtisadi koorparasiyası) çərçivəsində yol-nəqliyyat hadisələri məlumatlarının idarə olunması ilə bağlı tədbir keçirilib.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, CAREC proqramına üzv ölkələrdən Azərbaycan, Türkiyə, Tacikistan, Pakistan, Çin, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Monqolustan və Gürcüstan respublikalarından nümayəndə heyətlərinin qatıldığı tədbirdə Azərbaycanın nümayəndə heyətinin tərkibində iştirak edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş idarəsinin Hərəkətin Təşkili və Təhlükəsizliyi şöbəsinin rəisi Seymur Aslanov tərəfindən respublikamızın yol infrastrukturu barədə məlumat verilib, son illərdə görülmüş işlər və təhlükəsizlik tədbirləri haqqında arayış təqdim olunub.
Müzakirələr zamanı Azərbaycan Respublikasının Yol Təhlükəsizliyi Haqqında 2019-2023-cü illər üzrə Dövlət Proqramı, azad olunmuş torpaqlarda Böyük Qayıdışa dair I Dövlət Proqramı və Agentlik tərəfindən aparılan bərpa-quruculuq, Bakı şəhərində mobillik üzrə görülmüş işlərdən, hibrid və elektromobillər üçün dövlət siyasətindən danışılıb.
Tədbirdə yol-nəqliyyat hadisələri barədə məlumatların yığılması, emal olunması və vahid bazaya ötürülməsi, verilənlər bazasının (data base) daha detallı şəkilə salınmasının vacibliyi barədə təlimlər keçirilib, üzv ölkələrin son dövrlərdə yol-nəqliyyat sahəsində gördüyü təhlükəsizlik tədbirləri ilə bağlı müzakirələr aparılıb, təlimin proqramına uyğun xüsusi tapşırıqlar hazırlanıb və digər ölkələrdən olan mütəxəssislərlə birgə verilən tapşırıqların icrası təmin olunub.
Xarici təcrübələr barədə müzakirə zamanı gələcəkdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin interaktiv xəritəsinin hazırlanması və məlumatların daima yenilənərək “GİS” xəritə üzərinə köçürülməsi məqsədə uyğun hesab edilib.
Tədbir zamanı iştirakçı ölkələr arasında yol-nəqliyyat hadisələri zamanı həlak olanların say azlığına görə Azərbaycanın ilk yerdə olduğu da diqqətə çatdırılıb.
Qeyd edək ki, tədbirin sonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş idarəsinin Hərəkətin Təşkili və Təhlükəsizliyi şöbəsinin rəisi Seymur Aslanov yol-nəqliyyat hadisələrinin statistikasının idarə olunmasına görə Təkmilləşdirmə Sertifikatı ilə təltif edilib.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO
Bu şəxslərə hər ay 1500 manat veriləcək – ADLAR
Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? - AÇIQLAMA
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO
“AccessBank” müştərilərini saxta faiz başlıqları ilə aldadır? - İDDİA
Zelenskinin Qafqaza səfəri Rusiyanı niyə narahat edir? - POLİTOLOQ
Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə! - FOTO
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA









