ABŞ azərbaycanlıların Ermənistana qaytarılmasını istəyir? - AÇIQLAMA

"Azərbaycanlıların Ermənistanda təhlükəsiz yaşaması asan deyil".
Avtosfer.az xəbər verir ki, bu barədə Redaktor.az-a politoloq Abutalıb Səmədov Ermənistanın “Ayakve” təşəbbüs qrupunun üzvü Armen Manvelyanın iddiaları barədə danışarkən bildirdi.
"Amerika Birləşmiş Ştatlarının azərbaycanlıları öz dədə-baba torpaqlarına qaytarmaq barədə hər hansı fəaliyyət göstərəcəyinə inanmıram və bunu müəyyən qədər təhlükəli hesab edirəm. Çünki onların Ermənistanda təhlükəsizliyinin təmin olunması o qədər də asan deyil. Bundan başqa bu addım adətən Qarabağa ermənilərin qaytarılması qarşılığında atıla bilər. Yəni məqsəd erməniləri Qarabağa qaytarmaqdır və bunun qarşılığında azərbaycanlılar da Ermənistana qayıda bilərlər."

Siyasi ekspert bu prosesin gerçəkləməsinin reallıqdan kənar olduğunu vurğuladı.
"ABŞ və Qərbin Azərbaycana ədalətli yanaşmasına inanmıram. Onların etdiyi təkliflər yalnız Azərbaycana problemlər yarada bilər. Ümumiyyətlə, belə bir şeyin reallaşması mümkün görünmür. Ancaq Azərbaycan hakimiyyətinin həmişə mövqeyi ondan ibarət olub ki, ABŞ, Fransa, yaxud Rusiya bizdən tələb eləyəndə ki, Qarabağa ermənilər qayıtsın, azərbaycanlılar da Ermənistanda yaşadıqları torpaqlara qaytarılmalıdır. Ancaq aydındır ki, bu, çox çətin məsələdir. Gələcəkdə bu cür məsələlər bəlkə də müzakirə oluna bilər. Ancaq bunun üçün ən azı 10 illər keçməlidir", - deyə A.Səmədov qeyd etdi.
Xatırladaq ki, Ermənistanın “Ayakve” təşəbbüs qrupunun üzvü Armen Manvelyan Vaşinqtonun Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışını dəstəklədiyini iddia edib. Məlumata görə, Vaşinqtonun tələbinə əsasən, İrəvan azərbaycanlıların qayıdış haqlarını təmin etməli və onların başqa bir ölkənin ordusu tərəfindən qorunmasına şərait yaratmalıdır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












