ABŞ-da xüsusi avtomobillər sakinləri erməni işğalı barədə məlumatlandırır

ABŞ-ın paytaxtı Vaşinqtonda üzərində ermənilərin işğalçılıq siyasətini əks etdirən rəqəmsal plakatların və mobil reklam lövhələrinin olduğu xüsusi avtomobillər gün ərzində mərkəzi küçələri, meydanları dolaşaraq sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırır.
Avtosfer.az “Report”-a xəbər verir ki, rəqəmsal plakatlarda "Pray for Ganja city" (Gəncə şəhəri üçün dua edin), "Pray for Azerbaijan" (Azərbaycan üçün dua edin) şüarları ilə ermənilərin Gəncə şəhərində törətdiyi qanlı cinayəti qurbanı olan uşaqların fotoları nümayiş olunur. Eyni zamanda rəqəmsal plakatlı maşının üzərində “Karabakh is Azerbaijan” (Qarabağ Azərbacandır), “Azerbaijani Lives Matter” (Azərbaycanlı həyatı önəmlidir) yazıları yer alıb, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, ermənilərin işğalçılıq siyasətinin hələ də davam etdirdiyi barədə məlumatlar verilir.
Avtomobillər paytaxtda müxtəlif ölkələrin daimi nümayəndəlik, səfirlik, konsulluq binalarının önündən dayanıb və Ermənistanın Vaşinqtondakı səfirliyinin binası önündən keçib.
Təbliğat fəaliyyəti Vaşinqton səhərinin sakinlərinin diqqətini cəlb edib, onlar baş verənlər barədə məlumatlar alıblar.
Avtomobillər bir həftə ərzində Vaşinqtonun küçələrində müxtəlif istiqamətlərdə hərəkət edəcək.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












