ABŞ Ermənistana 11 milyon dollarlıq müşahidə dronları satıb

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistana 11 milyon dollar dəyərində müşahidə pilotsuz uçuş aparatılarının (PUA) satışı barədə yeni müdafiə sazişini elan edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Vens bu barədə İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı bildirib.
"Biz ilk dəfə olaraq böyük hərbi texnologiya satışını elan edirik: müşahidə dronları texnologiyalarına 11 milyon dollar", - o deyib.
Vens qeyd edib ki, bu dronlar Ermənistanın təhlükəsizliyi üçün istifadə olunacaq. ABŞ üçün isə bu həm də yeni iş yerləri və müdafiə texnologiyaları sektoruna investisiyalar deməkdir.
Paşinyan vurğulayıb ki, Ermənistan və ABŞ arasında hərbi və müdafiə əməkdaşlığı sahəsində mühüm irəliləyiş əldə olunub.
"Bu, müdafiəmizi gücləndirməyə mühüm töhfə verəcək. Ümid edirəm ki, ABŞ-nin xarici dövlətlərə hərbi texnika satışı proqramı çərçivəsində reallaşdırılan bu saziş gələcək əməkdaşlığımızın genişləndirilməsi üçün möhkəm əsas olacaq", - o qeyd edib.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












