ABŞ-ı gözləyən DƏHŞƏTLİ FƏLAKƏT - 400 min insan ölə bilər

Alimlər Kaliforniyada yağışlı mövsümün başlaması ilə nəticələri ABŞ-ın qərb sahilləri üçün ənənəvi olan zəlzələ və meşə yanğınlarından daha ciddi "meqa fırtınası"nın başlaya biləcəyini təxmin edirlər.
Avtosfer.az xəbər verir ki, mütəxəssislər fəlakətin əyalət əhalisinin yüzdə birinin və ya 400 min insanın ölümünə səbəb olacağı və ABŞ tarixinə ən böyük təbii fəlakət kimi düşəcəyi barədə xəbərdarlıq ediblər.
Kaliforniyada şiddətli yağışların bir ay davam edəcəyi təqdirdə bölgədəki ən böyük şəhərlərin hər birinin beş metrlik su qatının altında qalacağı vurğulanıb.
Həmçinin, San-Fransisko, Los-Anceles, San-Dieqo və Sakramento kimi şəhərlərin fəlakətlə qarşılaşacağı, sürüşmənin olacağı, böyük bəndlərin çökəcəyi və əkinçilik sahələrinin ciddi şəkildə zərər görəcəyi bildirilib.
Qeyd edək ki, 1861-1862-ci illərdə Kaliforniyada baş verən "meqa fırtınası" rekord sayda itki və dağıntıya səbəb olub. (publika.az)
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












