ABŞ İrəvana xüsusi qrup göndərir

“ABŞ gələn həftə sərhədin qorunması və möhkəmləndirilməsi istiqamətində birgə iş aparmaq üçün Ermənistana xüsusi qrup göndərəcək”.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması mərasimində deyib.
Tərəflər sənədi münasibətlərdə təməl nailiyyət adlandırıblar.
Blinkenin sözlərinə görə, iki tərəfdaş ölkə iqtisadiyyat, təhlükəsizlik və müdafiə, demokratiya, ədalət, inklüzivlik və insanların qarşılıqlı əlaqəsi kimi bir sıra əsas sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə imkan yaradan Strateji Tərəfdaşlıq Komissiyası yaradır.
Mirzoyan vurğulayıb ki, Ermənistanla ABŞ arasında münasibətlər son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib və strateji tərəfdaşlığın qurulması nəinki müasir reallıqları əks etdirir, həm də mürəkkəb geosiyasi şəraitdə işləmək kontekstində həlledici əhəmiyyətə malikdir.
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












