ABŞ Venesuelaya narkoticarətə görə hücum edib, yoxsa neftə? - POLİTOLOQ AÇIQLADI

Ötən günlərdə ABŞ- ilə Venesuela arasında yaşanan gərginlik bir sıra beynəlxalq dairələrdə müxtəlif fikirlərin yayılmasına gətirib çıxardı. Hətta Almaniya kansleri Fridrix Merts, İspaniya Baş naziri Pedro Sançez, BMT-nin baş katibi Antonio Quterreş, Avropa Komisiyyasının Prezidenti Ursula fon der Leyen, Braziliya, İran, Meksika, Belarus, Boliviya, Çili, Nikaraqua, Kanada, Yaponiya, Norveç, Danimarka, Sinqapur ve Malayziya dövlət və hökumət başçıları ABŞ-nin Venesuelanın müstəqil hüquqlarının tapdanmasına, ölkənin önəmli şəhərlərinin bombalanmasına qarşı çıxdı. Bir sıra birlik və təşkilatlar ABŞ-nin bu addımını birmənalı olaraq imperialist addım adlandırdı və qəbuledilməz olduğunu açıqladı.
Avtosfer.az xəbər verir ki, hələ ABŞ Prezidenti Donald Trampın Britaniya səfərindən planlanan Venesuelaya hücum artıq uzun müddətdir ki, dövlət başçıları tərəfindən birmənalı qarşılanmır. Ötən günlərdə Trampın “ABŞ Venesuelanı idarə edəcək” kimi açıqlama verməsi isə bu ölkənin demokratiya prinsiplərini açıq şəkildə pozmasını, imperialist yanaşma sərgilədiyini göstərdi.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirdi ki, ABŞ-nin etdiyi sadəcə olaraq öz maraqlarını təmin etməkdir. Yəni, buna hərbi müdaxilə deyə bilmərik, çünki aktiv bir hərbi müdaxilə olmadı, bu, əslində, siyasi bir aktdır.

“Birbaşa görünür ki, dövlət başçısı Maduro və onun xanımına qarşı həyata keçirilmiş bir aktdır. Çünki ABŞ, demək olar ki, ölkədə heç bir kəsə qarşı əməliyyat keçirmədi. Digər dövlət məmurlarının, açıq desək, heç burnu da qanamadı.
Yeganə olaraq, prezident və xanımı aradan götürüldü. İndi burada bir müəyyən dərəcədə təzadlar var ki, necə ola bilir ki, ölkə prezidenti bu qədər zəif müdafiə olunurdu ki, başqa bir dövlətin xüsusi təyinatlıları gəlib onu xanım ilə birlikdə həbs edib yataq otağından aparırlar. Bu da düşündürücü bir məsələdir.
Venesueladakı hakim elita ABŞ ilə bu vadə razılığa gələ bilərmi? Çünki, baxmayaraq ki, komanda rəhbərləri, ölkə prezidenti Amerikanın əlindədir, faktika olaraq, Venesuela rəhbərliyində hal-hazırda təvsir olunan şəxslər ABŞ ilə əməkdaçlıq barəsində açıqlamalar verirlər. Bu da onu göstərir ki, müəyyən dərəcədə, bəli, razılaşmalar ola bilər.
Venesuela da, bəli, narkoticarət geniş miqyas almışdı. Ümumiyyətlə, narkoticarət Latin Amerikası ölkələrinin çoxdankı bəlasıdır və Venesuela da bundan yan keçmirdi. Xüsusilə də, Maduro hükumətində təmsil olunan bir çox yüksək rütbəli şəxslərin məhz bu ticarətdə əli olduğu barəsində fikirlər səsləndirilirdi.
Ola bilər ki, həqiqətən də bu yöndə Venesuelada addımlar atılıb. Yəni, hökumət tərəfindən narkotik ticarətinin dəstəklənməsi üçün müəyyən dərəcədə işlər görülüb. Ancaq bu əməliyyat daha açıq desək, təkcə narkotiklə bağlı deyil. Bu, Amerikanın imperial və iqtisadi maraqlarını təmin etmək üçün, Venesuelanın neft ehtiyatlarını ələ keçirmək üçün, ABŞ-nin dünyanın ən zəngin neft ehtiyatlarına malik olan ölkəsi Venesuelada öz maraqlarını təmin etmək üçün həyata keçirdiyi bir aktdır”.
Səfər
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










