Abşeronda reyd keçirildi: sürücülər cərimələndi - FOTO

Abşeron Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis (DYP) Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə növbəti nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilib.
Reyd zamanı avtobuslarda və taksilərdə maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisləri tərəfindən müəyyən edilərək cərimələniblər.
Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb.
Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə ediliblər.
Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Xırdalan şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.
Qeyd edək ki, Abşeron rayonunda RİH və polis əməkdaşları tərəfindən belə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
![]()
![]()
![]()
Gültən
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












