“AccessBank” müştərilərini saxta faiz başlıqları ilə aldadır? - İDDİA

Vətəndaşlardan biri bank kreditləri ilə bağlı narazılığını ictimailəşdirib.
Avtosfer.az xəbər verir ki, şikayətçi 2024-cü ildə “AccessBank” vasitəsilə kredit götürdüyünü bildirib. Onun sözlərinə görə, kredit rəsmiləşdirilən zaman faiz dərəcəsinin 11.9 faiz olduğu qeyd edilib. Lakin daha sonra mobil tətbiq üzərindən kredit məlumatlarına baxarkən hesablamanın təxminən 21 faizlə aparıldığını gördüyünü iddia edib.
Şikayətçi bildirib ki, krediti vaxtından əvvəl tam bağlamaq istədikdə əlavə problemlə üzləşib. Onun sözlərinə görə, banka müraciət etdiyi zaman əməkdaşlar ondan növbəti iki ayın faiz ödənişini də tələb ediblər.
“Mən krediti bir il tez bağlayıramsa, niyə gələcək ayların faizini ödəməliyəm?” – deyə sual verdiyini bildirən vətəndaş, bank tərəfindən “prosesin qaydası belədir, ödəniş edilməsə, kredit bağlana bilməz” cavabı aldığını qeyd edib.

Müştəri hesab edir ki, kredit müqavilələri bağlanarkən bütün şərtlər və əlavə ödənişlər vətəndaşlara daha şəffaf şəkildə izah olunmalıdır. O, digər şəxslərə də banklardan kredit götürərkən müqavilə şərtlərini diqqətlə oxumağı və faiz hesablamalarını əvvəlcədən dəqiqləşdirməyi tövsiyə edib.
Qeyd edək ki, bank kreditləri ilə bağlı yaranan mübahisələrdə müqavilədə göstərilən şərtlər əsas götürülür. Mütəxəssislər vətəndaşlara kredit sənədlərini imzalamazdan əvvəl bütün bəndlərlə ətraflı tanış olmağı məsləhət görürlər.
Eltac Zülfüqaroğlu
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












