Açıq havada maska taxılması ilə bağlı XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi açıq havada maskadan istifadəyə nəzarət üçün polis naryadlarının fəaliyyətini gücləndirəcək.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən xəbər verilib.
Noyabrın 21-dən etibarən küçədə, parklarda, açıq və qapalı məkan olan bütün ictimai yerlərdə polis əməkdaşları karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət edəcək:
Karantin vaxtı polislər daim xidmətdə idi. Yeni qərardan sonra bu nəzarət daha da gücləndiriləcək. İnsanların küçədə, parklarda maskadan düzgün istifadə etməsinə nəzarət olunacaq.
Burada vətəndaşların yalnız maskadan istifadə etməsi yox, düzgün istifadə etməsinə nəzarət olunacaq. Maska ağız və burunu tam qapatmalıdır. Maskanı çənəyə taxıb gəzməklə karantin qaydasına əməl etmək olmur. Maskadan düzgün istifadə etməyənlər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
Qeyd edək ki, maskadan düzgün istifadə etməməyə görə cərimə fiziki şəxslər üçün 100 manatdır.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












