Ad günündə maşın vurdu - VİDEO

Ad gününü qeyd edib evə qayıdan gənci maşın vurub. ANS-in məlumatına görə, Nəriman Nərimanov prospekti ilə Mikayil Müşfiq küçəsinin kəsişməsində naməlum avtomobil yolu keçmək istəyən 20 yaşlı Hüseynov İsmayil Sabir oğlunu vurub. Piyadanı vuran avtomobil daha sonra yol kənarında dayanan 27 yaşlı Aleksey Kostayankoya məxsus”Mersedes” markalı maşına çırpılıb. Qəzanı törədən sürücü yaralı gəncə kömək etmək əvəzinə hadisə yerindən yayınmağa üstünlük verib. Lakin onu idarə etdiyi maşının modeli və dövlət nomrə nişanı həm “Mersedes”in sürücüsünün, həm də hadisə şahidlərinin gözündən yayınmayıb. “Mersedes”in sürücüsü Aleksey Kostayanko gənci vuran maşının 99- EO -554 dövlət nişanlı “Prado” markalı maşın olduğunu dedi.
Yaralı İsmayil Hüseynova ilk müdaxiləni hadisə şahidləri edib. Daha sonra o, təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Yol nəqliyyat hadisəsinin baş verdiyi ünvana gələn Yol Patrul Xidməti və Yasamal rayon Polis İdarəsinin əməkdaşları qəza iştirakçısı olan sürücüdən eləcə də şahidələrdən lazımı məlumatları götürüblər. Hadisə vaxtı xəsarət alan İsmayil Hüseynovun ad günü imiş. Bu şad gününü tanışlarilə qeyd etdikdən sonra evə qayıdan gənc naməlum qəzada xəsarət alıb.
Faktla bağlı araşdırmalar Yasamal Rayon Polis İdarəsində aparılacaq. Qəzanın səbəbkarı olan “Prado”nun sürücünün müəyyən edilib istintaqa cəlb ediləməsi istiqamətində iş aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












