ADB Azərbaycanda dəmir yollarının dekarbonizasiyasına maliyyə vəsaiti ayırıb

Asiya İnkişaf Bankı (ADB) “Azərbaycan Dəmir Yolları” QSC-yə dekarbonizasiya layihəsinin hazırlanması məqsədilə 1,250 milyon ABŞ dolları məbləğində texniki dəstəyi təsdiqləyib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, ADB maliyyə vəsaitini Texniki Yardım Xüsusi Fondu (250 min ABŞ dolları) və “Ağıllı Enerji” İnnovasiya Fondu (1 milyon ABŞ dolları) vasitəsilə ayırıb.
Bu layihənin məqsədlərinə gender bərabərliyində tərəqqinin sürətləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə, iqlim və təbiib istiqamətlərində dayanıqlılığın yaradılması və ətraf mühitin dayanıqlılığının artırılması və idarəetmə və institusional potensialın gücləndirilməsi daxildir.
ADB-nin məlumatına görə, Azərbaycan 2025-ci ilə qədər “Şərq-Qərb” və “Şimal-Qərb” dəhlizləri vasitəsilə bağlantıları gücləndirərək, o cümlədən iqtisadi dayanıqlılığı və regional inteqrasiyanı artırmaq üçün Orta Dəhliz vasitəsilə ticarət marşrutlarını şaxələndirərək beynəlxalq logistika mərkəzi kimi özünü təsdiq etməyi hədəfləyir:
“Yükdaşımalarının həcminin artması ilə dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” (ADY) ölkənin iqlim hədəflərini dəstəkləmək üçün dekarbonizasiyaya diqqət yetirərək beynəlxalq səviyyədə ən yaxşı təcrübələrə uyğunlaşır. ADY bərpa olunan elektrik enerjisindən istifadənin artırılması ilə əməliyyat səmərəliliyini artıraraq və xərcləri azaldaraq dekarbonizasiya gündəmini irəlilədir. Bu keçid həmçinin hava keyfiyyətinin yaxşılaşdırılması, ictimai səhiyyə xərclərinin azaldılması və “təmiz enerji” sahəsində iş yerlərinin yaradılması kimi əlavə faydalar gətirəcək”.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












