Adil Allahverdiyev: "Səhiyyə sistemimiz vaksinləri araşdırır"
“Hazırda əlimizdə normal vaksin yoxdur. Əgər olsa belə onun nə qədər effektli olacağı barədə nəsə deyə bilmərik”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, virusa qarşı antitellər 4-6 ay olur və sonra aşağı düşür: “Səhiyyə sistemimiz vaksinləri araşdırır. Əlimizdə ancaq COVID-19 ortaya çıxandan bu yana maska, sosial məsafə və gigiyenik qaydalara əməl edilməsi tələbləri var. Odur ki, bu qaydalara ciddi əməl etmək lazımdır. Müharibə şəraiti olduğundan bu qaydalara əməl edilmədi, COVID ikinci sıraya keçdi və xəstəlik, eləcə də ölü sayı artdı”.
A.Allahverdiyev bildirib ki, xəstəliyin daşıyıcıları 20 yaşına kimi olanlardır: “Xəbəri olmadan evindəki yaşlı insanları xəstələndirir. Yaşı az olanlar ölüm daşıyıcılarıdır və ətrafa ölüm saçırlar”.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












