ADSEA əməkdaşları Qazaxıstana səfər ediblər - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları — Ruslan Salmanov, Elmar Orucov, İlqar Həsənov, Raminə Abdullayeva və İlqar Salmanlı Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə Qazaxıstan Respublikasına səfər ediblər.
ADSEA-dan Avtosfer.az-a bildirilib ki, səfər Azərbaycan Prezidentinin 10 oktyabr 2024-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”dan irəli gələrək beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilib.
Nümayəndə heyəti səfər çərçivəsində Qazaxıstan Respublikasının Su Ehtiyatları və İrriqasiya nazirinin müavini Aslan Abdraimov, aidiyyəti departament rəhbərləri və tabeli qurumların mütəxəssisləri ilə bir sıra görüşlər keçirib.
Görüşlər zamanı suların istifadəsi və mühafizəsi sahəsində təqdimatlar keçirilib, su və su təsərrüfatı obyektlərinin, eləcə də suların monitorinqi, uçotu, kadastrı və reyestri üzrə mövcud mexanizmlər ətraflı müzakirə olunub. Həmçinin nəzarət sistemi və qanunvericilik çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Qazaxıstan tərəfi görüşləri yüksək qiymətləndirərək müvafiq sahədə Azərbaycan təcrübəsinin də onlar üçün əhəmiyyət daşıdığını bildirib.
Sonda tərəflər su ehtiyatlarının idarə olunması sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi təşəbbüsü ilə çıxış ediblər.
Qeyd edək ki, səfər çərçivəsində Qazaxıstan rəsmiləri ilə görüşlər davam etdiriləcək.

İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












