ADY və İran Dəmir Yolları arasında əməkdaşlıq müzakirə edilib - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Culfa şəhərində dəmiryol infrastrukturunun mövcud vəziyyəti ilə tanış olub.
ADY-dən Avtosfer.az-a verilən məlumata görə, İran rəsmiləri ilə müzakirələr zamanı hər iki ölkənin iştirakı ilə Araz çayı üzərindən dəmiryol körpüsünün inşasına toxunulub, bu layihənin İran ərazisindən keçməklə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcəyi və dayanıqlı quru yol əlaqəsini təmin edəcəyi qeyd edilib.
Məlumata görə, ADY nümayəndə heyəti həmçinin Culfa şəhərində yerləşən dəmiryol nəqliyyat vasitələrinin təkər cütlərinin dəyişmə sexinin fəaliyyəti ilə tanış olub.
Daha sonra İranın Astara şəhərinə baş tutan səfər zamanı ADY sədri Rövşən Rüstəmov İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşüb.
Dəmiryol rəhbərləri İranın Astara şəhərində yerləşən terminalın inkişafı ilə bağlı əsas mərhələləri və icra müddətlərini, terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonunadək başa çatdırılmasını, yeni əməkdaşlıq sahələri və maliyyələşdirmə planlarını müzakirə ediblər.
Görüşdə Azərbaycan və İran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyata keçirən “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsi və ortaq maraq dairəsində olan məsələlərin həlli üçün birgə addımlar haqqında da fikir mübadiləsi aparılıb.
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO


















