Aeroportda iki təyyarə toqquşdu

İrlandiyanın “Ryanair” aviaşirkətinin iki sərnişin təyyarəsi Londonun Stansted aeroportunda toqquşub. Anspress-in məlumatına görə, hadisə nəticəsində laynerlər və onların ekipaj üzvlərindən, həmçinin sərnişinlərdən zərər çəkən olmayıb. “Ryanair” aviaşirkətinin nümayəndəsi Robin Killi bildirib ki, hadisə uçuş zolağında baş verib, bir təyyarə dayanacağa yaxınlaşan zaman başqası arxaya gedişlə yola çıxan zaman onunla toqquşub. Nəticədə, bir təyyarə başqa avialaynerin quyruq hissəsinə qanadla toxunub. Aviaşirkətin nümayəndəsi həmçinin bildirib ki, üç saatlıq gözləmədən sonra qəzaya düşmüş hava gəmilərinin sərnişinləri başqa təyyarələrlə yolunu davam etdirib.
Aeroportun mətbuat katibi Kris Uiqqanın sözlərinə görə, təyyarələrin hər ikisi zədələnib, amma qəza aeroportun işinə təsir etməyib. Laynerlərin pilotları həkim müayinəsindən keçirilib. Onların qanında alkoqol izləri aşkar edilməyib. İstintaq komitəsi hadisənin araşdırılması ilə məşğul olur.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












