Aeroportun yeni aerovağzal kompleksi istifadəyə verilib

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Prezident İlham Əliyev mərasimdə çıxış edib.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti C.Əsgərov respublikamızın hava nəqliyyatının modernləşdirilməsinə göstərdiyi diqqətə görə dövlət başçısına təşəkkürünü bildirib. C.Əsgərov yeni aerovağzal kompleksinin ilk rəmzi sərnişin biletlərini Azərbaycan prezidentinə və xanımına təqdim edib. Sonra kompleksin tikinti işləri üzrə baş əlaqələndiricisi Martin Burns və Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Hacıağa Əliyev çıxış ediblər. Prezident İlham Əliyev yeni aerovağzal kompleksi ilə yaxından tanış olub. Bildirilib ki, ildə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir. Ərazdə eyni vaxtda 12 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılıb. Teleskopik traplardan ikisi dünyanın ən böyük sərnişin təyyarəsini – ikigöyərtəli “Airbus A380” hava gəmisini qəbul etmək üçün nəzərdə tutulub. Yeni aerovağzal kompleksinin meydanında 750 avtomobil yerlik dayanacaq və ona birləşən yollar da tikilib, ətrafda geniş yaşıllaşdırma işləri aparılıb. Dövlət başçısı görülən işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib. Sonda xatirə şəkli çəkdirilib. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin ilk sərnişinləri - Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 23-də Çex Respublikasının paytaxtı Praqaya yola düşüblər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












