AFFA-nın müraciətindən sonra UEFA Henrik Mxitaryanın bacısını tənbeh etdi - FOTO

İtaliyanın “Roma” klubunda çıxış edən futbolçu Henrix Mxitaryanın bacısı və agenti, UEFA-da çalışan Monika Mxitaryan bir neçə gün öncə "Twitter"dəki paylaşımı ilə diqqət çəkib.
"Report" xəbər verir ki, M.Mxitaryan Dağlıq Qarabağla bağlı müxtəlif paylaşımlar edərək guya həmin ərazilərin tarixi erməni torpaqları olduğunu iddia edib. UEFA əməkdaşının belə yanaşması, ən azı, Avropa futbol qurumunun əməkdaşları üçün mövcud olan daxili davranış qaydalarına zidd sayılmalıdır. Beynəlxalq futbol təşkilatının hər bir üzvünün hər hansı münaqişə barədə fikir bildirərkən öz neytrallığını qorumaq öhdəliyi olmalıdır.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Report"a açıqlamasında məsələdən məlumatlı olduqlarını bildirib: “Əlbəttə, xəbərimiz var. Tamamilə yalan, həqiqəti əks etdirməyən, subyektiv fikirlər paylaşan bu şəxslə bağlı dərhal UEFA-ya müvafiq qaydada rəsmi müraciət etdik. Bildirdik ki, Avropa futbol təşkilatında çalışan bir şəxsin bu cür qeyri-obyektiv, heç bir fakta əsaslanmayan, yalan və subyektiv paylaşımlar etməsi, yumşaq desək, qeyri-etikdir və mütləq buna münasibət bildirilməlidir. Təbii ki, UEFA narahatlığımızı təbii qəbul etdi və müraciətimiz əsasında dərhal daxili araşdırma başlandı. Araşdırmanın nəticəsi barədə bizə hələ ki rəsmi məlumat verilməsə də, Monika Mxitaryanın sosial şəbəkə hesabında həmin paylaşımların artıq olmaması belə qənaətə gəlməyə əsas verir ki, o, yazdıqlarının yalan və əsassız olmasını qəbul edərək onları silib”.
E.Məmmədovla söhbətdən sonra M.Mxitaryanın səhifəsinə göz gəzdirdikdə həqiqətən də həmin paylaşımlar artıq silindiyinə əmin olduq. Göründüyü kimi, ermənilər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqət qarşısında bütün sahələrdə acizdir – istər hərb meydanında, istər diplomatiyada, istərsə də sosial mediada...






Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB










