Ağadadaş Ağayev "Xalq artisti" adından MƏHRUM EDİLƏ BİLƏR?

Xalq artisti Ağadadaş Ağayevlə bağlı qalmaqal ictimaiyyət arasında ciddi rezonans doğurub və fəxri adlar məsələni yenidən gündəmə gətirib.
Sosial şəbəkələrdəki müzakirələrdə bir çoxları Ağadadaş Ağayevi "Xalq artisti" adına yaraşmayan hərəkətlərə görə qınayıb, hətta onun bu fəxri tituldan məhrum edilməsini istəyənlər də olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin ("MedEra" hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.
İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.
DİN fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açıldığını bəyan edib. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb olunublar, istintaq hərəkətləri davam etdirilir.
Hadisə zamanı müğənnini döyən gözətçinin hərəkətlərini pisləyənlər də çoxdur və ictimaiyyət olaya gerçək hüquqi qiymət verilməsini gözləyir.
Fəxri ad daşıyan Ağadadaş Ağayevin isə qeyri-etik davranışı və qınaq obyektinə çevrilməsi müğənnini hədəfə çevirib.
Bəs Ağadadaş Ağayevin "Xalq artisti" fəxri adı onun əlindən alına bilərmi?
Modern.az-ın məlumatına görə, Azərbaycanda fəxri ad fərdi təşəbbüslə, habelə Milli Məclisin və Nazirlər Kabinetinin təklifi ilə Prezident tərəfindən verilir.
Fəxri ad adətən Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da təqdim oluna bilər. Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir.
Bəs fəxri ada layiq görülən şəxs hansı hallarda ondan məhrum edilə bilər?
Əsasnaməyə görə, fəxri ad almış şəxs iki halda ondan məhrum edilə bilər:
1. Fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda;
2. Fəxri ad almış şəxs onu ləkələyən xəta törətdikdə.
Cinayət məsuliyyətinə cəlb edilən müğənni Ağadadaş Ağayevlə bağlı istintaq hərəkətləri yekunlaşandan sonra işə məhkəmədə baxılacaq.
(oxu.az)
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA










