Ağdam rayonunda daha bir kənd yolu asfaltlanıb

Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yol infrastrukturunun yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.
Respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülür. Son illərdə rayonda ümumi uzunluğu 100 kilometrə yaxın olan Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli, Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, Əfətli-Hacıturalı-Həsənxanlı, Kolqışlaq–Mirəşelli–Əhmədağalı–Çıraxlı, Səfərli-Zəngişalı-Hacılar avtomobil yolları yenidən qurulub.
Ağdam rayonunda növbəti təmir işi Eyvazlı kənd yolunda aparılıb. Bu yol uzun illərdir təmirsiz olduğundan sakinlər üçün çətinliklər yaradırdı. Nəhayət, çətin günlər geridə qalıb. Belə ki, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Eyvazlı kənd yolu əsaslı təmir edilib. Təmir işləri zamanı yol yatağı genişləndirilib, qum-çınqıl qarışığı ilə hamarlanıb və asfalt örtük salınıb.
Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 10 fərdi yaşayış evinin yerləşdiyi küçə də asfaltlanıb. (AZƏRTAC)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












