Ağdama 10 mindən çox mərmi düşüb - 7 dinc sakin həyatını itirib, 42 nəfər yaralanıb - VİDEO

Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən bu günədək Ağdam rayonun 62 yaşayış məntəqəsindən 43-nə ağır artilleriya qurğularından 10 mindən çox top və raket mərmiləri atıb.
Avtosfer.az bildirir ki, Trend-in cəbhə bölgəsində olan əməkdaşının verdiyi məlumata görə, nəticədə yüzlərlə fərdi yaşayış evinə ziyan dəyib. Ümumilikdə isə bu günədək 7 dinc sakin həyatını itirib, 42 nəfər yaralanıb. Bundan başqa, 15 təhsil müəssisəsi, 5 körpələr evi erməni təxribatı nəticəsində dağılıb. Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində yardımçı tikililər, mağazalar, iaşə obyektləri, istehsal müəssisələri və eləcədə mal tövlələri dağıdılıb. Həyətyanı təsərrüfatlara mərmi düşməsi nəticəsinə 400 baş iri və xırdabuynuzlu heyvan tələf olub.
Bundan başqa rayonun infrastrukturuna xeyli ziyan dəyib. Elektrik dirəkləri və xətləri sıradan çıxıb. Rabitə və qaz xətləri ciddi zərər görüb. Yol infrastrukturunun bir hissəsi hərəkət üçün yararsız hala düşüb. Cəbhə xəttinə yaxın ərazilərdəki subartezian quyularından çoxu istismara yararsız vəziyyətdədir. Yaşayış məntəqələrində yerləşən 30-dan çox subarteziana ziyan dəyib.
Əkin sahələrinə düşən top, qrad, minaatan mərmiləri minlərlə hektar torpaq sahəsini partlamamış silah sursatla çirkləndirib. Mərmilər pambıq, soğan sahələrində məhsul yığımını gecikdirməklə yanaşı, həm də məhsulun zay olmasına səbəb olub.
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO











