Ağdaşda ictimai nəqliyyatda oğurluq edən qadın saxlanıldı - FOTO

Ağdaş Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayon sakini ictimai nəqliyyatda çantasından pul və sənədlər olan pulqabısının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini Səlbinaz Həsənova saxlanılıb.
Onun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı saxlanılan şəxsin daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun şəhər ərazisində xətt avtobusunda qadının çantasından pul və bank kartları oğurladığı müəyyən edilib.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, S.Həsənovanın digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI











