“Ağızlarına gələni danışanlar, çıxın ortaya da!” – Seysmoloqdan sərt reaksiya

Son zamanlar Azərbaycanda zəlzələ ocaqları aktivləşib. Doğrudur, bu zəlzələlərin maqnitudası böyük olmur. Amma istənilən halda cəmiyyətdə təhlükə siqnalları yaradır.
Avtosfer.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O bildirib ki, hər gün təkanlar olur, çünki sönük planetdə yaşamırıq:
“Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir. Ölkəmizdə elə bir zəlzələ ərazisi yoxdur ki, güclü aktivləşmə olsun. Biz bir parametrlə, xırda təkanlarla tədqiqat aparmırıq. Bu məsələ ilə bağlı GPS stansiyaları var. Litosferdə gedən hərəkətlərin istiqaməti, sürəti araşdırılır. Burada qravitasiya sahəsinin dəyişməsi, geomaqnit şüalarının qeydiyyata alınması, sulardakı makro və mikro komponentlər, qazlar, radioaktiv elementlərin dəyişməsi və s. nəzərə alınır. Ona görə arxayınlıqla deyirik ki, katastrofik zəlzələ gözlənilmir. Mən insanlara fala baxaraq “gedin, evdə rahat oturun”demirəm. Çünki biz hesablayırıq ki, nə qədər enerji ayrıldı və nə qədəri qaldı. Tədqiqatımızın nəticəsinə görə arxayınlıqla milyonlarla insanı evə çağırıram. Bəziləri ağzına gələni danışırlar. Deyirlər ki, “zəlzələ olacaq”. Kim deyir ki, olmayacaq? Mən detalları izah edirəm, təqdiqatlara güvənib danışıram. Sən nəyə əsasən deyirsən? Çıx ortaya! De ki, buna görə deyirəm ki, zəlzələ olacaq, fikrini əsaslandır”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












