Ağstafada Polis Günü qeyd edildi - FOTOLAR

Ağstafada Azərbaycan Polisinin yaradılmasının 106-cı ildönümü qeyd olunub.
Avtosfer.az xəbər verir ki, Aqrar Sənaye Kompleksində keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, polis əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, yerli hüquq-mühafizə orqanlarının və rayon ərazisində yerləşən hərbi hissələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb.
Ümummilli liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Dahi şəxsiyyət Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb.
Tədbirdə Xidməti fəaliyyətlərində fərqləndiklərinə görə bir sıra polis əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları, Ağstafa Rayon Polis Şöbəsinin Təşəkkürnaməsi və xüsusi rütbələri ilə təltif olunublar.
Peşə bayramı tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında konsert proqramı ilə davam etdirilib.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












