Ağsu aşırımı buz BAĞLAYIB: Nəqliyyatın hərəkətində çətinliklər var - FOTO

Bir neçə gündür ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.
Hazırda qar fasilələrlə yağmağa davam edir. Yağan güclü qardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsi qardan və buz qatından tamamilə təmizlənib.

Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 7 nömrəli yol istismar MMC-nin sahə rəisi Novruz Novruzovun sözlərinə görə, idarənin canlı qüvvəsi və texnikası gücləndirilmiş iş rejimində çalışır. Yolun təmizlənməsi fasiləsiz şəkildə həyata keçirilir. Ağır texnika və işçi heyəti magistral yolun 90-105-ci kilometrliyində növbəli şəkildə iş aparır.
Bununla yanaşı, Qobustanın dağ kəndlərinə gedən avtomobil yollarına da nəzarət edilir və yolun hərəkət hissəsi mütəmadi olaraq qardan təmizlənir. Qurum rəsmisinin sözlərinə görə, həm magistralda, həm də ucqar kəndlərə gedən avtomobil yollarında hər hansı ciddi problem müşahidə olunmur.

Lakin Qobustandan fərqli olaraq, Ağsu aşırımından keçən avtomobil yolunda müəyyən çətinliklər var. Yolun enişli-yoxuşlu və döngəli hissələrində buzlaşma yaranıb ki, bu da nəqliyyatın hərəkətində müəyyən maneələr yaradır.
Qeyd edək ki, hazırda bölgədə fasilələrlə qar yağır, havanın temperaturu isə -6 dərəcə təşkil edir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











