Ailə qəzəya düşdü; bir nəfər ölüb, beş yaralı var

Tovuz rayonunda ağır yol nəqliyyat qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Sarıtala kəndi ərazisində baş verib. “VAZ 2106” markalı avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılar dərhal Tovuz rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Qəzada ölən və yaralananların kimlikləri məlum olub. Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Tovuz rayonun Sarıtala kəndi ərazisində baş verib. Rayonun Aşağı Quşçu kənd sakini, 52 yaşlı Sərdar Hüseynov idarə etdiyi avtomobillə dağ yolları ilə hərəkət edərkən maşını aşırıb. Qəza zamanı sürücü dünyasını dəyişib, avtomobildə olan sərnişinlər, Aşağı Quşçu kənd sakinləri, 5 yaşlı Lalə Hüseynova, 46 yaşlı Aybəniz Hüseynova, 77 yaşlı Gülarə Hüseynova, 19 yaşlı Səbinə Hüseynova və 46 yaşlı Sevinc Hüseynova ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, Hüseynovlar ailəsi Aşağı Quşçu kəndindən Sarıtalaya qonaq gedirmiş.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












