Aktau limanında tikilən konteyner qovşağı Orta Dəhlizin əhəmiyyətini daha da artıracaq - Sinxua agentliyi

Qazaxıstanın Aktau limanında tikilən beynəlxalq konteyner qovşağı Orta Dəhlizin əhəmiyyətini daha da artıracaq.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu sözləri Çinin Sinxua agentliyinə müsahibəsində limanın kommersiya məsələləri üzrə icraçı direktoru vəzifəsini icra edən Anuar Nemışov deyib.
Onun sözlərinə görə, Aktau limanı Çindən Avropaya daşınan konteyner yüklərini qəbul edir. Konteyner qatarları Şərq-Qərb dəhlizi boyunca Sian şəhərindəki Qazaxıstan-Çin logistika terminalından mütəşəkkil şəkildə formalaşaraq Aktau limanına göndərilir. “Limanda daşınan yüklərin əsas nomenklaturası neft və neft məhsulları, taxıl bitkiləri, metal, konteynerlərdir. Bu ilin yanvar-iyul ayları üzrə yükdaşıma göstəricilərinə əsasən, Aktau limanında aylıq yük dövriyyəsi orta hesabla 450 min ton təşkil edir. 2025-ci ilin 7 ayı ərzində limanın işinin nəticələrinə görə, ümumi yükdaşıma 3144 min ton təşkil edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 14 faiz çoxdur”, -deyə Qazaxıstan rəsmisi bildirib.
O, həmçinin qeyd edib ki, 2024-cü ildə Aktau limanına yeni yük - yerli istehsal olan kimyəvi məhsullar (mineral gübrələr - ammonium nitrat) cəlb edilib və ötən ilin sonunda malların yüklənməsinin həcmi 60 min ton təşkil edib.
Çin və Qazaxıstan hökumətləri Qazaxıstanda inteqrasiya olunmuş logistika şəbəkəsinin yaradılması, o cümlədən Aktau limanında konteyner qovşağının tikintisinə sərmayə qoyuluşu ilə bağlı razılıq əldə ediblər. Hazırda Aktau limanı əsasında konteyner qovşağının tikintisi layihəsi həyata keçirilir. Layihə uzunluğu 19,2 hektar olan “Aktau dəniz limanı” xüsusi iqtisadi zonasının ərazisində reallaşır. Onun dəyəri təxminən 86,5 milyon ABŞ dollarıdır.
A.Nemışov qeyd edib ki, layihənin iki mərhələdə həyata keçirilməsi planlaşdırılır. İlk buraxılış kompleksinin 2025-ci il iyunun 9-da istismara verilməsi ilə birinci mərhələ başa çatıb. İkinci mərhələ isə 31 dekabr 2026-cı il tarixinə qədər tamamlanacaq. Konteyner qovşağının ümumi gücü ildə 240 min iyirmi fut ekvivalent vahid (TEU) təşkil edir.
“Bu layihənin həyata keçirilməsi limanın ərazisində Xəzər regionu və Mərkəzi Asiya ölkələri üçün konteynerlərin daşınması xidmətlərinin tam spektrini təqdim etməklə konteyner parkının formalaşdırılmasına imkan verəcək”, -deyə Aktau limanının kommersiya direktoru bildirib.
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO








