Alman alimlərin də daxil olduğu təşkilat Ermənistanın terroru ilə bağlı elm mərkəzlərinə müraciət etdi

Ermənistanın terroru bağlı alman alimlərin də daxil olduğu təşkilat dünyanın elm mərkəzlərinə müraciət etdi.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz və terror siyasəti ilə bağlı dünyanın bir neçə elmi mərkəzlərinə və elmi cəmiyyətlərinə müraciət edib.
Bu barədə Avtosfer.az-a müraciətin təşəbbüskarı,cəmiyyətin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.
Müraciət zamanı həmin elmi mərkəzlərin və cəmiyyətlərin tibbi auditoriyası terror dövləti olan Ermənistanın uzun illərdir Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasəti barədə məlumatlandırılıb.
Qeyd olunub ki, bu ilin sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı yeni hərbi təcavüzə və təxribata başlayıb, mülki əhalini hədəfə alıb:
"Bu da birbaşa beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Beləliklə, Ermənistanın bütün cəbhə boyu təşkil etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan Ordusunun əsgərləri və cəbhəyanı ərazilərdə yaşayış məntəqələri və mülki əhali hədəfə alınıb. Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən oktyabrın 19-dək 61 mülki şəxs qətlə yetirilib, 282 nəfər isə yaralanıb. 341 mülki obyekt, 90 çoxmənzilli yaşayış binası, 1 846 yaşayış evi tamamilə dağıdılıb və ya yararsız hala düşüb".
"Eyni zamanda, öz çirkin siyasətini nümayişkəranə şəkildə davam etdirən Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə ardıcıl olaraq endirdiyi ballistik raket zərbələri nəticəsində xeyli sayda insan həlak olub və yaralanıb. Həlak olan və yaralananlar arasında azyaşlı, məktəbli, qadın və qocalar olub. Ermənistanın münaqişə zonasından kilometrlərlə uzaq məsafədə yerləşən Azərbaycan şəhərlərini - xüsusilə gecə vaxtı yatan mülki insanların yaşadığı məntəqələri bombalaması bir daha onların faşist olduqlarının bariz nümunəsidir.
Tərəflər arasında iki dəfə humanitar atəşkəs olmasına baxmayaraq, Ermənistan atəşkəsi hər dəfə kobud şəkildə pozub. Belə olan təqdirdə Azərbaycan Ordusu özünü, mülki əhalini müdafiə etmək üçün düşmənə layiqli cavab verib və verməkdədir", - müraciətdə bildirilib.
Müraciətlə yanaşı Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti bu mövzuda dünyanın bir neçə elmi mərkəzlərinə və elmi cəmiyyətlərinə rəsmi bəyanat da ünvanlayıb.
Xatırladaq ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin üzvləri arasında azərbaycanlı elm adamları ilə yanaşı dünyaca məşhur almaniyalı alimlər də yer alır. Cəmiyyətin üzvləri daima Azərbaycanın mövqeyini dəstəkləyib və Ermənistanın təcavüzkar siyasətini pisləyiblər.
N.Abdullayevin təşəbbüsü ilə cəmiyyətin üzvləri olan almaniyalı alimlər mütəmadi olaraq Azərbaycana dəvət edilib. Onların iştirakı ilə Fəxri Xiyabanda müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət olunub.
Azərbaycan həqiqətləri ilə yaxından tanış olan avropalı alimlər cəbhədə başlayan son hadisələrlə əlaqədar qəti mövqelərini bildirməklə haqq savaşında Azərbaycana daima dəstək olduqlarını bildiriblər.
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!










