Qarabağa qanunsuz səfər ciddi qınaqla qarşılanmalıdır - Deputat

Almaniya Bundestaqının 3 üzvünün Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri bir tək bizlər tərəfindən deyil, hamı tərəfindən, ümumən Avropa ölkələrinin parlamentləri, geniş ictimaiyyət, eyni zamanda Almaniya parlamentinin (Bundestaq) özü tərəfindən ciddi qınaqla qarşılanmalıdır. Çünki həmin səfər dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma rejimin təşəbbüsü, təhriki və dəvəti ilə baş tutub. Təbii, elə bu səbəbdən də dəvət göndərənin ayıbı ilə dəvəti qəbul edənin ayıbı eynidir.
Bunu Milli Məclisin deputatı Elşən Musayev deyib. O qeyd edib ki, həmin 3 üzv: Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Almaniyada elə də müsbət imicə sahib olmayan və nasist fəlsəfəsi ilə tanınan “Almaniya üçün alternativ” Partiyasının nümayəndələridir: "Nəzərə alsaq ki, elə Paşinyanın və onun əlaltısı Araik Arutunyanın özü də nasist təfəkküründədir, o zaman təəccüb eləməyə dəyməz. Necə deyərlər, eyni mənfur ideologiyanın iki qanadı bir-birinə qovuşublar. El dilində desək, taylı tayını tapıb.
Sadəcə, məsələ burasındadır ki, hazırda Dağlıq Qarabağda gərgin bir atmosfer var. Hamıya da agahdır ki, Azərbaycan tərəfi öz əzəli torpaqlarını işğaldan azad etməyə çalışır və azad edir. Belə məqamda demokratik ölkəni təmsil etdiyini deyən və düşünən hər kəs, xüsusilə də xarici parlamentari ya haqqın tərəfində durmalı idi, ya da ən azından neytral mövqe sərgiləməli idi. Bunlar isə hansısa riyakar, qəsbkar, faşist ruhlu birinin təşəbbüsü ilə Almaniyadan yol ölçüb gəliblər Dağlıq Qarabağa. Özü də qanunsuz və absurd bir formada.
Bu imitasiyalar Paşinyanın növbəti cəhdləridir. Bu üzsüz və simasız adam artıq saman çöpündən yapışıb. Elə bilirdi ki, Soros dayısı ona Avropadakı emissarlarının da qapısını açacaq. Ancaq həmin “bitmiş” dayının buna gücü çatmadı. Paşinyanı kimsə müdafiə etmədi. Ona görə də erməni diasporasının bir-iki nümayəndəsinin pulları ilə hazırki mənzərəni yaratmağa cəhd edirlər, məhz pulun müqabilində hansısa parlamentdə faşist tapıb Qarabağa gətirirlər. Fəqət, Paşinyan neyləyirsə eləsin, faydası olmayacaq. O, uduzacaq. Onunla bərabər isə nasist təfəkkürünə sahib, barmaqla sayılacaq qədər az olan dostları da uduzacaq. Qələbə Azərbaycanındır. Qarabağ Azərbaycandır!".
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib










