Almaniya daha 6 azərbaycanlını deportasiya edəcək

Almaniyaya 2016-cı ildə gələrək bu ölkədən sığınacaq istəyən 6 Azərbaycan vətəndaşı deportasiya ediləcək.
“Report”un Avropa bürosunun əldə etdiyi məlumata görə, ötən gün barələrində könüllü ölkədən çıxmaları ilə bağlı qərar olan Azərbaycan vətəndaşlarının işinə Düsseldorf Şəhər İdarə Məhkəməsində baxılıb.
Məhkəmə Almaniya Əcnəbilərlə İş üzrə Federal İdarəsinin Düsseldorf şəhər şöbəsinin qərarını dəyişməyib. Yekun qərar Azərbaycan vətəndaşları ilə bağlı mövcud prosedurların tez bir zamanda tamamlanması və ölkədən məcburi qaydada çıxarılmaları olub.
Onlar polis müşaiyəti ilə məhkəmə zalından birbaşa Düsseldorf şəhər hava limanının yaxınlığındakı deportasiya mərkəzində yerləşdiriliblər.
Məlumat üçün bildirək ki, Almaniya Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsi ötən ay ümumilikdə 3 191 nəfərin sığıncaq müraciətini rədd edib.
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO











