Almaniyada 3000 avro, Azərbaycanda 300 manat – Hansı xətaya görə bu məbləğ ödənməlidir?

Dünyanın bütün sivil ölkələrində ətraf mühitin qorunması cəmiyyətin ümumi məsuliyyəti hesab olunur. Amma vətəndaşlar o məsuliyyətdən yayınanda da ətraf mühitin çirklənməsinə görə cərimələr tətbiq olunur. Çünki ətraf mühitin çirklənməsi təkcə görüntünü pozmur, həm də insanların sağlamlığına, eləcə də böyüməkdə olan nəslin tərbiyəsinə ciddi təsir göstərir. Valideyninin, yaxud başqa tanıdıqlarının yerə tullantı, siqaret kötüyü atdığını görən uşaq bunu normal hərəkət kimi qəbul edib, təkrarlayacaq. Bu baxımdan bir çox dövlətlər ictimai yerlərin təmiz saxlanılması üçün yüksək məbləğli cərimələr və nəzarət mexanizmləri müəyyən edib. Məsələn Almaniyada siqaret kötüyünü yerə atan şəxs 3000 avro cərimə ödəməli olur. Azərbaycan da bu istiqamətdə qanunvericiliyi sərtləşdirən ölkələr sırasındadır. Ötən ildən etibarən ətraf mühitin çirkləndirilməsinə görə cərimələr əhəmiyyətli dərəcədə artırılıb. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə avtomobildən zibil (və ya siqaret kötüyü) atmağa görə fiziki şəxslərə 200, hüquqi şəxslərə 4000 manata qədər cərimə nəzərdə tutulur. İctimai yerlərdə siqaret kötüyünün yerə atılmasına görə cərimə 50 manatdan 300-ə qaldırılıb. Eyni xətanın bir il ərzində təkrar törədilməsi halında fiziki şəxs üçün 700 AZN və ya 60-100 saat ictimai iş nəzərdə tutulur. Almaniyadakı kimi 3000 avroluq cərimələrlə müqayisədə Azərbaycanda cərimələr az görünür, amma ciddi pozuntular (məsələn, müəssisələrin çirkləndirməsi, havaya tullantı qazların normadan artıq buraxılması və s.) üçün tətbiq edilən məbləğlər böyükdür.
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə












