Almaniyada azərbaycanlını öldürüb qaçan şəxsin axtarışlarına helikopter cəlb olundu
Gündəm
5 İyul 2021 18:07

Almaniyanın Qreven şəhər Prokurorluğu ötən gün yaşadığı qaçqın yataqxanasında 35 yaşlı Azərbaycan Respublikası vətəndaşının öldürülməsi işi üzrə cinayət işi ilə bağlı məlumat yayıb. Prokurorluqdan verilən məlumatda qeyd edilir ki, qətlə yetirilən 35 yaşlı Elmir Fərzəliyevlə, qətldə şübhəli bilinən 25 yaşlı Əfqanıstan vətəndaşı eyni yataqxanada yaşayıblar. İyulun 4-də tərəflər arasında yaranan mübahisə çox keçmədən davaya çevrilib. Əfqanıstan vətəndaşı cibində gəzdirdiyi bıçaqla E.Fərzəliyevin müxtəlif bədən nayihələrinə zərbələr endirməyə başlayıb. Hadisə yerindən qaçan şəxsi saxlamağa çalışan 43 yaşlı Almaniya vətəndaşı da ağır yaralanıb.
Hadisə yerinə polis və prokurorluğun əməkdaşları gəldikdən sonra qaçan şəxsin axtarışı elan edilib. Qreven polisi axtarış əməliyyatına avtomobil və motosikletli 30-a yaxın şəxsi heyəti və 1 helikopteri cəlb edib. Nəticədə qaçan şəxs tezliklə tapılaraq, istintaqa təhvil verilib.
Qreven prokurorluğundan bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin narkotik maddənin təsiri altında olması araşdırılır.
Məlumatda həmçinin qeyd olunur ki, Əfqanıstan vətəndaşı 2015-ci ildə Almaniyaya gələrək sığınacaq istəyib. O, 2018-ci ildən indiyə kimi Azərbaycan vətəndaşı ilə eyni yataqxanada yaşayırmış.
Report
Oxunub : 1268
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 18:30
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
12 Oktyabr 2026 17:46
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
12 Oktyabr 2026 16:48
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
12 Oktyabr 2026 11:30
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
12 Oktyabr 2026 09:23
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
12 Oktyabr 2026 08:54
Həftəyə tıxacla başladıq - SİYAHI
11 Oktyabr 2026 21:32
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
11 Oktyabr 2026 18:41
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
ŞƏRH YAZ













