Amerikalı ekspert: “Ermənistanın beynəlxalq hüquqla məzələnməsinə icazə verilməməlidir”

“Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin atəşə tutulacağı gözlənilən idi. Çünki bu ilin iyul ayında dövlət sərhədinin Tovuz hissəsində təxribat törədildiyi zaman Ermənistan tərəfinin analoji cəhdi olmuşdu. Bu, daha böyük zərbələrə hazırlıq idi”.
Bunu “Report”a müsahibəsində amerikalı jurnalist, insan hüquqları üzrə ekspert İrina Tsukerman deyib.
“Bütün bunlara həmçinin Ermənistanın Azərbaycana qarşı apardığı, cinayətlərini təmizə çıxarmağa çalışdığı informasiya müharibəsi kimi baxmaq lazımdır. Məsələn, Qarabağda hansısa suriyalı silahlılar haqqında danışılanlar - onlar Azərbaycanın imicinə xələl gətirmək istəyirlər. Bu həm də iqtisadi müharibədir. Ermənistan məmurlarına qarşı sanksiyalar tətbiq etmək lazımdır. Çünki beynəlxalq əhəmiyyətli bu boru kəmərlərinin Qarabağdakı döyüşlərlə heç bir əlaqəsi olmadığı açıq-aşkardır”, - o bildirib.
O qeyd edib ki, dünya Ermənistanın beynəlxalq hüquqla məzələnməyə davam etməsinə imkan verməməlidir.
“Dünyanın hələ də bütün bunlara göz yumması Ermənistanın arxasında dayanan insanların öz şəxsi maraqlarının olması ilə əlaqədardır. Bu insanların Avropa İttifaqı ilə əlaqələri var və hər hansı sərt addım bu səviyyədə yatırılır. Onlar arasında enerji bazarlarına daha çox təsir göstərmək üçün münaqişənin beynəlmiləlləşməsinə hər cür yardım edənlər də var”, - İ.Tsukerman əminliklə söyləyib.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO











