ANAMA Goranboya atılmış 10 ədəd raket aşkarlayıb - FOTO

4-8 oktyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonu ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı ermənistan silahlı qüvvələri tərəfindən atılmış 10 ədəd 9M528 raketi (SMERC) aşkar olunub.
Bu barədə Agentlikdən məlumat verilib.
Həmin raketlərdən 3 ədədinin içərisindən 9M525 bombacıqlarına rast gəlinmişdir ki, bu bombacıqlar da “Kaset sursatlar haqqında konvensiya”-ya görə qadağan olunmuş sursatlar sinifinə daxildir. Həmçinin qeyd olunan ərazidə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9M525 kaset tipli raketinin “bombacıqları daşıma konteyneri və paylama boruları”-nın da aşkarlanması bu tipli raketlərin istifadəsini təsdiq edən amillərdəndir.
Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 08 oktyabr 2020-ci il tarixlərində 339 siqnal (əməliyyat çağırışı) əsasında 313 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilmiş, 73 ədəd partlamamış hərbi sursat (PHS), 598 ədəd bombacıq, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteroloji radiopelenqator, 2 ədəd kamikadze dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 100 ədəd partlamış raket hissələri aşkar olunub.













“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












