ANAMA qadağan olunmuş sursatlar və “TOÇKA-U” taktiki raketi aşkarlayıb - FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupları tərəfindən Goranboy rayonunun Goran qəsəbəsi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış bir ədəd bombacıq daşıyan 9M525 raketi aşkar olunub.
ANAMA-dan bildirilib ki, aşkar olunmuş raketin içərisində 72 ədəd qəlpəli təyinatlı 9N235 bombacıqları var. Bu bombacıqlar “Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinfinə daxildir.
Həmçinin qeyd olunan tarixdə Füzuli rayonunun Əhmədalılar kəndi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış “TOÇKA-U” taktiki raketi (9M79M) aşkar olunub.
Agentlik tərəfindən sentyabrın 27-dən oktyabrın 9-dək 433 siqnal (əməliyyat çağırışı) əsasında 395 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 79 ədəd partlamamış hərbi sursat (PHS), 863 ədəd bombacıq, 1180 ədəd müxtəlif çaplı patronlar, altı ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, iki ədəd dron (zərərsizləşdirilib), iki ədəd raketin mikrosxemi və 109 ədəd partlamış raket hissələri aşkar olunub.
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır
Sumqayıtda şəhidin adına olan küçədə torpağın üstündən asfalt çəkilib - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - FOTO
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT










