Ankara by yolu rusların üzünə bağladı

Türkiyə və Avropa Suriyada əməliyyatlar aparan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. ANS-in məlumatına görə, bu barədə Rusiya Hərbi Hava Qüvvələrinin uzaq aviasiyasının komandiri general-mayor Anatoli Konovalov bildirib. Onun sözlərinə görə, hava məkanının bağlanması səbəbindən Rusiya təyyarələri tapşırıqları Avropadan yan keçməklə həyata keçirir. "Olenoqorsk - bu bizim ən şimal aerodromumuzdur, bu bizə çatmanı artırmağa və havada əlavə yanacaq doldurmanı yerinə yetirməyə icazə verir. Müəyyən anlar çətinliklər olur və biz başqa variantlarla məsələlərin icrasının həll olunmasına qərar veririk. Avropa buraxmır, Türkiyə buraxmır", - deyə Konovalov qeyd edib.
General vurğulayıb ki, hətta belə şəraitdə rusiyalı bombardmançı təyyarəçilər məqsədlərini uğurla həyata keçirməyə qadir olduğunu göstərib. Xatırladaq ki, daha əvvəl Suriyada Rusiya aviazərbələri nəticəsində 34 dinc sakinin həlak olduğu barədə məlumat yayılıb.
Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “Su-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.
Təyyarə böhranından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə Parisdə keçirilən iqlim dəyişkənliyi konfransı zamanı görüşmək istədiyini dilə gətirmişdi. Lakin Putin Ərdoğanla görüşdən imtina edib.
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI










